Zaman səyahətçisi internetdə axtarılır

Alimlər zamanla səyahət edə, daha dəqiq - gələcəkdən keçmişə yollana biləcək qonağa aid izlərin axtarışına başlayıblar. Hələlik sübutlara rast gəlinməmişdir, bəs zamanla səyahət nə dərəcədə mümkündür?
İndiki zamanda keçmişə aid gəlmələri axtarmağa bir neçə dəfə cəhd edilib. Belə ki, 2009-cu ildə məşhur britaniyalı fizik Stephen Hawking əyləncə gecəsi təşkil edərək zamanla səyahət edə biləcək hipotetik insanları qonaqlığa dəvət etdi. Təbii ki, heç kim gələsi olmadı. Nemiroff və Wilson bir qədər fərqli taktika seçdilər. Onlar, baş verməmişdən əvvəl internetdə yayımlanmış hər hansı bir yazıya rast gəlmək üçün internet şəbəkəsini, demək olar ki, başdan sona qədər araşdırdılar. Nümunə olaraq onlar 2012-ci ilin sentyabrında ISON kometinin kəşfi və 2013-cü ilin martında Roma Papası Francis'in seçilməsini götürdülər.
Təəssüf ki, Google və Bing kimi tanınmış axtarış sistemləri bəzən tarix qeydlərini səhv yazırlar. Facebook kimi sosial şəbəkələr və bloqlarda da paylaşmalarla əlaqəli tarixlər redaktə edilərək dəyişdirilə bilər. Alimlər üçün ən etibarlı axtarış vasitəsi Twitter oldu - orada müəlliflər paylaşmanın tarixinə dəyişiklik edə bilmir. Əfsuslar olsun ki, axtarılan hadisələrlə bağlı xəbərlər öz tarixlərindən əvvəl yayımlanmamışdı. Bundan başqa alimlər zamanla səyahət edə biləcək insanlar üçün 2013-cü ilin avqustunun sonuna qədər #ICanChangeThePast2 və ya #ICannotChangeThePast2 hashtag'lərini istifadə edərək tvitləri yerləşdirməklə bağlı istək paylaşımı yayımladılar. Və elə gözləndiyi kimi sentyabr ayında başladılmış sorğu vaxtında sona çatmadı. Amma zarafatyana cavablar da peyda oldu: "Gələcəyin qanunları sizə zaman sayahəti texnologiyalarının mövcudluğuna dair sübutlar göndərməyimizi qadağan edir, amma əmin olun - biz davamlı olaraq sizi izləyirik. #ICanChangeThePast2". Nemiroff hələlik zamanla səyahət edə biləcək insanların axtarışında israrlıdır.