Təhlükəsizlik politikası

Want create site? Find Free WordPress Themes and plugins.
  • Qeyd faylları (log files)

Bir çox saytlar kimi Yaşıl Elm (yasilelm.com) saytı istifadəçilər haqqında qeydlər etməkdə və bunları saxlamaqdadır. Bunlar ip ünvanlarınız, internet bələdçinizin (brauzer) növü və xüsusiyyətləri, əməliyyat sisteminiz və xüsusiyyətləri, daxil olduğunuz səhifə və yazılar, sayta giriş, çıxış və saytda olma müddətiniz, saytda daxil olduğunuz bölgə kimi məlumatlardır. Bu məlumatlar sadəcə statistik məqsədlər daxilində istifadə edilməkdədir və təhlükəsizliyinizə heç bir zərər yetirmir.

  • Reklamlar və çərəzlər

Yaşıl Elm saytında Google, Bing və s. kimi axtarış sistemi və ya reklamı nümayiş edilən firmaların çərəzləri istifadə edilir və ya edilə bilər. Çərəzlər sizin kompyuterinizin sərt diskinə sizin icazəniz daxilində yerləşdirilmiş kiçik ölçülü mətn fayllarıdır. Bu çərəzlər istifadəçilər haqqında məlumat toplasa da bizim bu məlumatlara nəzarət etmə və ya onları əldə edə bilmə hüququmuz yoxdur, dolayısı ilə bu kii məlumatlara tərəfimizdən nəzarət edilməməkdədir. Yeganə olaraq Google Analytics çərəzlərinin məlumatları bizim tərəfimizdən oxunur. Bu da sizin saytımızda nələri sevdiyiniz, nələri daha çox oxuduğunuz, saytda nə qədər zaman keçirdiyiniz, hansı zamanlarda saytda daxil olduğunuz haqqında məlumatlardır. İstəyiniz daxilində internet bələdçinizin tənzimləmələrindən çərəzlərin fəaliyyətnin qarşısını ala bilərsiniz.

  • Xarici istinadlar

Yaşıl Elm saytında məqalə sonlarında qaynaq olaraq araşdırma mənbəsinin və ya əsl mətnin keçidini xarici keçid şəklində istinad olaraq istifadə edə bilər. Yaşıl Elm istinad göstərdiyini və ya xarici keçid verdiyi mənbələrin təhlükəsizlik politikasından məsul deyil.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.