Alimlər həzm sistemində “yeni orqan” tapdılar? Müsaqirə nədir?

0
5634
Want create site? Find Free WordPress Themes and plugins.

Alimlər insan bədəninin necə işlədiyi barədə bir çox şey öyrəndi, ancaq biologiyamız bir çox baxımdan sirrini hələ də qoruyur. İnsan bədənində 78 orqan mövcuddur. Amma bu, 79 ola bilər. Araşdırmaçılar həzm sistemində “yeni orqan (müsaqirə) kəşf etdilər”. Bu, bədənimizdə hələ öyrənilməmiş “torpaqlar” olduğunu göstərir.

Bədəndə 79-cu orqanın kəşfi olaraq bağlı xəbər hər yerdə yayılsa da bu, kəşf deyil, bilinən bir toxumanın yenidən sinifləndirilməsidir. Çünki insanlar yüz illərdir, “müsariqə” olaraq adlanan yeni sinifləndirilmiş orqan haqqında məlumat sahibi idilər, hətta Leonardo DaVinçi belə 1508-ci ildə anatomik bir illustrasiyada təsvir etmişdi.

Müsariqə bağırsaqları qarın divarına bağlayır. Bu günə qədər incə və qalın bağırsaqları qarın divarına bağlayan müsaqirənin müxtəlif toxumalardan ibarət olduğu düşünülürdü və 100 ildən çoxdur ki, tibb kitablarında da belə yer alırdı.

İrlandiyanın Limerik Universitetində profeesor cərrah Dr. Kelvin Koffi və komandası 2012 və 2014-cü illərdə müsaqirəni daha yaxından araşdırdılar. Kelvin Koffi noyabr ayında Lanset Qastroenterologiya & Hepatologiya jurnalında yayımlanan məqalədə təqdim etdiyi tapıntılara əsaslanaraq “müsariqə elmi”nin öz xüsusi mütəxəssislik sahəsi olması lazım olduğunu müdafiə edir. Koffiyə görə 100 illik tərif yanlışdır və düzəldilməsi lazımdır.

Müsqirənin tam funksiyası hələ bilinmir. Bu, orqanın anotomiyası və strukturu məlum olduqdan sonra araşdırılacaq addımdır. Bununla birlikdə orqanın bağırsaqları müəyyən bir formada saxladığı bilinir. Müsaqirə qarın divarına normalda olduğu formada bağlanmazsa qan dövranı üzərinə bükülə bilər. Bu da qanın dayanmasına, bağırsaq nekrozuna və ölümə səbəb olar.

Koffinin dediyinə görə artıq bir çox xəstəliyi yeni anatomik modelə uyğun halda yenidən dəyərləndirmək lazımdır. Koffi müsaqirənin bəzi qarın xəstəliklərində rolu olduğuna olduqca əmindir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Leave a Reply