Elmi xəbərlərHəyatın təkamülüTibb

Neyrocərrah: “İlk baş köçürülməsi əməliyyatını bu il həyata keçirəcəm”

Want create site? Find Free WordPress Themes and plugins.

İtalyan neyrocərrah Sercio Kanavero tibb tarixində ilk dəfə insan başı köçürülməsi əməliyyatı həyata keçirməyə hazırlaşır. Apardığı son təcrübəsini əks etdirən fotoşəkillərdə neyronların siçanların onurğa beyninə bitişə bildiyini görmək olar.

Elm ictimaiyyəti Sercio Kanaveronun inqilabi əməliyyatını gözləməyə davam edir. Neyrocərrah 2013-cü ildə donor bədənə insan başı transplantasiya etməyə hazır olduğunu bildirmişdi. İnsanın hərəkət qabiliyyətini məhdudlaşdıran ağır irsi xəstəlik olan Verdniq-Hoffman sindromundan əziyyət çəkdiyi üçün əlil arabasına məhkum qalmış rusiyalı proqramçı Valeri Spiridonov alimin bu çağırışına cavab vermişdi. Proqramçının normal həyat sürmək üçün yeganə şansı baş köçürülməsi idi.

Transplantasiya əməliyyatının bir çox çətinlikləri var. Məsələn, onurğa və baş beyinlərin düzgün birləşdirilməsi. Kanavero bunun üçün “GEMINI protokolu” adını almış xüsusi metodikadan yararlanacaq. Alim həmçinin bu çətin əməliyyatda istifadə edəcəyi almazdan hazırlanmış cərrah bıçağını və yeni virtual reallıq sistemini təqdim edib.

Xatırladaq ki, ötən ilin sonlarında həyata keçirdiyi hazırlıq əməliyyatında, Kanavero it və siçanların onurğa sütununu doğramışdı. İndi isə o, öz həmkarları ilə birlikdə yeni uğura nail olduğunu deyir. Yerləşdirdikləri fotoşəkillərdə laboratoriya siçanlarının onurğa beyninə bitişən neyronları görmək mümkündür.

Bu uğurlu neyron “calanması” işi üçün mütəxəssislər polietilenqlikol əsaslı xüsusi tərkibdən faydalanıblar. Daha əvvəlki təcrübələr göstərirdi ki, sinir toxumalarındaki yaraları bu tərkib köməyilə sağaltmaq mümkündür. Şəkillərdə sinir sonluqlarının yetişdiyi çox aydın görünür. Bu yolla Kanavero öz metodikasının nə dərəcədə effektiv olduğunu sübut etmək istəyir.

Sercio Kanavero ilk baş köçürülməsi əməliyyatını cari ildə həyata keçirməyə hazır olduğunu bildirib. 36 saat davam edəcəyi nəzərdə tutulan ağır əməliyyata təxminən yüz cərrah cəlb olunacaq.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: