Want create site? Find Free WordPress Themes and plugins.

Belçikalı mütəxəssislər robotlaşdırılmış qurğu köməyilə ilk uğurlu tor qişa venası okklyuziyası əməliyyatını həyata keçiriblər.

Tor qişa okklyuziyası damar tıxanıqlığından irəli gəlir ki, bu da öz növbəsində görmənin zəifləməsinə gətirib çıxarır. Okklyuziyanın müalicəsində tromboz fəsadlarının qarşısının alınması üçün adətən gözdaxili inyeksiyalardan istifadə olunur. Trombu zərərsizləşdirməyin universal üsulu isə bu günə qədər mövcud deyildi: diametri az olduğu üçün (0,1 millimetr), iynənin yeridilməsi əsnasında venanın zədələnməsi riski böyükdür.

Bundan daha əvvəlsə belçikalı alimlər xüsusi bir robotun iştirakı ilə tor qişa venasının kateterizasiyası üsulunu hazırlamışdılar. Əməliyyatın gedişatında cərrah tıxanmış venaya qurğu köməyilə 0,03 millimetr diametri olan iynə yeridir. Bu vaxt robot həkimin mikro-hərəkətlərinə düzəliş edərək, onları stabilləşdirir, iynə yeridildikdən sonra isə inyeksiya tam başa çatanadək on dəqiqə ərzində onu tutmağa davam edir.

Kliniki təcrübələrin birinci fazası çərçivəsində ilk belə əməliyyat 2017-ci ilin yanvar ayının 12-si həyata keçirilib. Həkimlərin dediyinə görə, pasient özünü yaxşı hiss edir. Təcrübələrin ikinci fazasında mütəxəssislər pasientin görmə qabiliyyətinin bərpası və s. kliniki effektləri yoxlamaq fikrindədirlər. Qeyd edilir ki, robot-cərrahın yaradılması üçün yeddi il vaxt lazım gəlib.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın

Lütfən, rəyinizi daxil edin
Lütfən, adınızı daxil edin