Uncategorized

Həyatın yaranması prosesi laboratoriyada təkrar edildi

Want create site? Find Free WordPress Themes and plugins.

Yerdə həyat təxminən 4 milyard il əvvəl, planetin meteorit bombardmanına məruz qaldığı dövrdə yaranıb. Bu hadisə elm tarixində son ağır bombardman dövrü adlanır. Bir çox alimlər kimi, Praqada yerləşən Çexiya Respublikası Elmlər Akademiyasından olan Svatoplak Siviş də bu hadisələrin üst-üstə düşdüyünü təsadüf hesab etmir. Planetimizlə toqquşmuş hər hansı bir meteoritin buraya həyat gətirməsi ehtimalı olduqca mümkündür.

Siviş və həmkarları həyat əlamətləri daşıdığı ehtimal edilən bir hipotetik meteoritin erkən Yerlə toqquşması prosesini modelləşdirmək qərarına gəliblər. Onlar, tədqiqatda erkən Yer modelinə PALS qurğusundan güclü lazerlə formamid (planetimizdə mövcud olmuş maye) nümunələri atıblar.

Nəticədə nümunələrin temperaturu 4.200 dərəcəyə qədər qalxıb, rentgen şüaları və güclü ultrabənövşəyi şüalanma təsirləri altında isə kimyəvi radikallar meydana gəlməyə başlayıb. Bu radikallar, öz növbəsində, hidrogenlə reaksiyaya girib, formamidlərin qalığı isə nukleinlərin kimyəvi əcdadı olan 2,3-diaminomaleonitril (DAMN) generasiya edilməsinə səbəb olub.

Sivişin başçılıq etdiyi qrup reaksiyanın yekun produksiyalarını öyrəndikdə, RNT-nin bütün dörd əsaslarını (adenin, quanin, sitozin və urasil) aşkar edib. Bu əsasların üçü isə həmçinin DNT-də iştirak edir.

Yerdəki həyatın mənşəyində formamidin mühüm rol oynadığı ideyası ilk dəfə 2001-ci ildə iki italyan alimi – Raffaele Saladino və Ernesto Di Mauro tərəfindən irəli sürülmüşdü. Formamid, erkən Yer atmosferində olmuş sinil turşusunun su ilə reaksiya girməsindən sonra meydana gəlir. Saladino və Di Mauro formamiddən dörd əsasların generasiyasının fərqli üsullarını istifadə etmək qərarına gəlmişdilər. Onlar, Sivişin yeni tədqiqatını “sərt nəzəri əsaslandırma və təcrübi məlumatların bir yerdə təqdim edildiyi ilk hadisə” olaraq adlandırırblar.

Daha əvvəlki araşdırmalar göstərmişdi ki, bir sıra meteorit tipləri hazır nukleotid, o cümlədən adenin və quanin daşıyırlar. Lakin bu tədqiqatın gedişatında aydın oldu ki, səma cismlərinin planetlə toqquşması da həmçinin həyatın təməl bloklarının meydana gəlməsini mümkün edə bilər. Hərçənd ki, bəzi mütəxəssislər meteorit bombardmanı kimi dəhşətli hadisələrin həyatı yaratmadığı, əksinə onu məhv etdiyi qənaətindədirlər, yeni əldə edilmiş məlumatlar bombardman sayəsində həyat üçün mühüm komponentlərin Yerə düşməsi və orada inkişafının mümkünlüyünü maksimal qədər dəstəkləyir.

Həmçinin oxuyun:

Millerin unudulmuş təcrübəsi yenidən analiz edildi
Kometlər “amin turşusu fabrikləri” ola bilər
Süni ilkin hüceyrəyə “can verildi”

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: